Dünya

Maqomed Daudov Çeçenistan Hökumətinin Sədri TƏYİN EDİLİB

Maqomed Daudov Çeçenistan Respublikası Hökumətinin Sədri təyin edilib. Bizim.Media xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün “Telegram” kanalında məlumat verib. Qeyd edilib ki, Maqomed Daudov 2015-ci ildə də Çeçenistan parlamentinə rəhbərlik edib. Daudov yeni təyinatla əlaqədar olaraq “Axmat” futbol klubunun prezidenti postunu da tərk edib. Xatırladaq ki, mayın 22-də Çeçenistan Respublikası Hökumətinin Sədri Müslüm Xuçiyev başqa işə keçməsi ilə əlaqədar olaraq istefa vermişdi. Daha sonra Çeçenistan hökumətinin başçısı vəzifəsini müvəqqəti olaraq, İsa Tumxadjiev icra edib. Bizim.Media