Siyasət

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda DƏYİŞİKLİK EDİLİB

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilib. Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu imzalayıb. Qanuna aşağıdakı bənd əlavə olunub: Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödənilir. Bununla yanaşı, qanunda 37.7-ci maddənin ikinci, "Xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda kompensasiya ödənilir" cümləsi çıxarılıb. Bizim.Media