Digər

Azərbaycan Premyer Liqasında bu gün mövsümə yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulacaq. Bizim.Media xəbər verir ki, XXXVI turun son qarşılaşmalarında "Turan Tovuz" "Kəpəz"lə, "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək. Tovuz klubu 45 xalla 6-cı, "Kəpəz" 35 xalla 8-ci, eyni xala malik "Araz-Naxçıvan" 9-cu yerdədir. Çempion "Qarabağ"ın isə 82 xalı var. Azərbaycan Premyer Liqası XXXVI tur 17:00. "Turan Tovuz” –“ Kəpəz” Hakimlər: Rəşad Əhmədov, Kərim Zeynalov, Sənan Atayev, Nicat İsmayıllı Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: İlham Əliyev Tovuz şəhər stadionu “Araz-Naxçıvan”– “Qarabağ” Hakimlər: Əkbər Əhmədov, Rəhman İmami, Asif Abdullayev, Rauf Allahverdiyev Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Məmmədəli Məmmədov “Azersun Arena” Qeyd edək ki, “Araz-Naxçıvan"la matçdan sonra Premyer Liqanın qalibi olan “Qarabağ” üçün mükafatlandırma mərasimi keçiriləcək. XXXVI turun ilk oyunlarında "Sabah" "Neftçi"ni, "Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib. Bizim.Media