Dünya
Yeni rekord: QUR-un PUA-ları 1800 km-dən çox məsafədə Rusiya RLS-i vurdu
Mayın 26-da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) pilotsuz uçan aparatı Rusiya Federasiyasının Orenburq vilayətinin Orsk şəhərində yerləşən "Voronej M” uzaqmənzilli hədəf aşkar edən radiolokasiya stansiyasına hücum edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Ukrayinska Pravda”nın Baş Kəşfiyyat İdarəsindəki həmsöhbəti bildirib.
"Ukrayna pilotsuz uçan aparatı düşmən hədəfinə qədər 1800 kilometrdən çox məsafə qət edərək, kamikadze pilotsuz uçan aparatlar üçün məhvetmə məsafəsi üzrə yeni rekorda imza atdı”, - mənbə deyib.
Dağıntının nəticələri aydınlaşdırılır.
Rusiya ictimai səhifələri Orsk yaxınlığında PUA-nın "düşdüyünü” və pilotsuz təyyarənin hədəfinin "hərbi obyekt ola biləcəyini” yazıb.
Bundan əvvəl Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumuna məruz qalan ən uzaq hədəf Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Salavat şəhərində, Orskla müqayisədə Ukrayna sərhədinə 140 kilometr daha yaxın yerləşən obyekt olub.
"Voronej M” Rusiyanın uzun mənzilli stasionar üfüqdən yuxarı radar stansiyaları ailəsinin bir hissəsidir. Onlar kosmik və aerodinamik obyektləri, xüsusən də ballistik və qanadlı raketləri aşkar etmək üçün nəzərdə tutulub. Bu radar metr dalğa uzunluğu diapazonunda işləyir və 6000 km-ə qədər hədəf aşkarlama diapazonuna malikdir.
Daha əvvəl, Krasnodar diyarının Qluboki kəndində yerləşən bu ailənin başqa bir radiolokasiya stansiyası olan Voronej DM-in QUR MOU pilotsuz uçan aparatı tərəfindən məhv edilməsi barədə məlumatlar ortaya çıxıb. Mayın 23-də hücum olub, binada yanğın başlayıb.
Alpər