Bakıda xəsarətlə nəticələnən yol qəzası qeydə alınıb. Bizim.Media xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Babayeva Ziyafət Xandadaş qızı xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Araşdırma aparılır.
Bizim.Media