Azərbaycan Xarici İşlər Nazirliyi 28 may - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə xalqı təbrik edib. Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin "X"dəki hesabında paylaşım edilib. "28 may - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını və bütün dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edir, ölkəmizə və xalqımıza rifah və daimi inkişaf arzulayırıq! Dövlətimiz əbədi olsun! Müstəqillik günümüz mübarək olsun!", - deyə paylaşımda qeyd edilib. Bizim.Media