Siyasət

Ukrayna XİN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib. Bizim.Media xəbər verir ki, bu barədə bu ölkənin Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib. “Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına və ölkənin Xarici İşlər Nazirliyinə ən səmimi təbriklərimizi çatdırırıq! Ukrayna Azərbaycanla strateji münasibətlərin dərinləşməsinə, regionda sülhün və təhlükəsizliyin bərpasına açıqdır”, - paylaşımda qeyd edilib. Bizim.Media