Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası həm iki ölkə arasında münasibətlərə, həm də regional təhlükəsizlik və sabitliyə töhfə verəcək. Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Müstəqillik Günü münasibətilə Moskvada keçirilən təntənəli qəbulda jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, sərhədlərin delimitasiyası və demarkasiyası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi üçtərəfli razılaşmaların əsas istiqamətlərindən biridir. M.Qaluzin həmçinin vurğulayıb ki, Azərbaycan beynəlxalq münasibətlərin fəal iştirakçısıdır, Cənubi Qafqaz regionunda və beynəlxalq aləmdə nüfuza malikdir. Bizim.Media