Ermənistanda Rusiyanın "Birinci kanal”ının yayımı dayandırılıb.
Report bu barədə Ermənistan Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Mayın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın tələblərinə məhəl qoymasalar, ölkədəki Rusiya kanallarını bağlamaqla hədələyib.
Nazirlər Kabinetinin rəhbərinin fikrincə, ölkənin daxili siyasətinə hörmətsiz münasibət kanalların fəaliyyətinin dayandırılmasına gətirib çıxaracaq. O qeyd edib ki, Rusiya kanalları artıq bununla bağlı "çoxsaylı xəbərdarlıqlar” alıblar.