Siyasət

AMİP seçkilərə hazırlaşır (AÇIQLAMA)

"Milli İstiqlal Partiyası bütün seçkilərdə iştirak etməyin tərəfdarıdır". Bunu Qaynarinfo-ya açıqlamasında sözügedən partiyanın sədri Arzuxan Əlizadə deyib.  Sədr bu günə qədər ölkədə keçirilən bütün parlament və bələdiyyə seçkilərindən partiyanın kənarda qalmamasını xatırladıb:  "Parlament seçkilərində də iştirak edəcəyik. Bununla bağlı fevralın 23-də partiyanın siyasi şurasının genişləndirilmiş iclasında qərar verilib. Namizədlərin müəyyənləşdirilməsi prosesi gedir".  Sədr özü də bu seçkidə namizədliyini irəli sürəcək:  "Hədəfləyirəm, yaşadığım ərazidən namizədliyini ürəli sürməyi düşünürəm. Amma seçki ərəfəsində digər variantları da araşdırıb son qərarı verəcəyəm". Bahar Rüstəmli