Dünya

Türkiyə BMT Təhlükəsizlik Şurasından İsraili dayandırmağı TƏLƏB EDİB

Türkiyə parlamenti BMT Təhlükəsizlik Şurasından İsraili dayandırmağı tələb edib. Bizim.Media xəbər verir ki, bununla bağlı Türkiyə parlamenti qətnamə qəbul edib.  

Qəbul edilmiş qətnamənin mətnində bildirilir ki, İsrail baş nazir Binyamin Netanyahunun rəhbərliyi ilə beynəlxalq məhkəmələrin bütün qərarlarına məhəl qoymur və Qəzza zolağında mülki yaşayış məntəqələrinə zərbələr endirməkdə davam edir. Parlament həmçinin İsrailin Qəzzaya hücumlarını dayandırmaq üçün təcili qərar qəbul etməyə və beynəlxalq ictimaiyyəti İsrail rəhbərliyini təcrid etməyə çağırıb. Bizim.Media