Dünya

Ağ Ev: ABŞ Kiyevə verdiyi silahlarla Rusiyaya zərbə endirməyə icazə vermir

ABŞ hələ də Kiyevin Rusiyaya zərbə endirmək üçün Ukraynaya verdiyi silahdan istifadə etməyə icazə vermir. Bizim.Media xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. “Biz Amerika silahlarından istifadə edərək Rusiya ərazisinə hücumları təşviq etmirik və ya Ukraynaya bunu asanlaşdırmırıq”, - deyə Kirbi qeyd edib. Bizim.Media