Siyasət

Ceyhun Bayramov İslamabadda pakistanlı həmkarı ilə görüş keçirir

İslamabad şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın xarici işlər naziri İshaq Dar arasında görüş keçirilir. Bizim.Media xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Mənbə qeyd edir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabadda Xarici İşlər Nazirliyinə gəlib və Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar tərəfindən qəbul edilib. Danışıqlar zamanı ikitərəfli və regional məsələlər müzakirə ediləcək. Bizim.Media