Siyasət
Akif Nağı da seçkiyə hazırlaşır
"Parlament seçkilərində namizədliyimi irəli sürəcəyəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
Sədr bildirib ki, namizədliyini hansı dairədən irəli sürəcəyini hələ müəyyənləşdirməyib:
"Qarabağ Azadlıq Təşkilatı partiyaya çevrilən gündən elan etdik ki, məqsədimiz parlament partiyasına çevrilməkdir. Hazırda seçkilərə hazırlaşırıq. Gün təyin olunandan sonra namizədlərimizi açıqlayacayıq. Özüm də namizəd olacağam. Ola bilər ki, Bakının hansısa rayonundan namizədliyimi irəli sürəm, ya da Qarabağ rayonlarının birindən seçkiyə qatılım”.
Akif Nağı eyni zamanda ağdamlı olduğunu xatırladıb:
"Ola bilər ki, namizədliyimi Ağdam rayonundan irəli sürəm. Şansım daha çox olan dairədən namizəd olacağam”.
Bahar Rüstəmli