“Tesla” və “SpaceX”in rəhbəri İlon Mask Prezident seçkilərində qalib gələcəyi təqdirdə Donald Trampa məsləhətçi olmaq təklifi ilə bağlı mediada yayılan xəbərləri təkzib edib. Bizim.Media xəbər verir ki, bu barədə Mask özünün “X” hesabında yazıb. “Potensial Tramp administrasiyasındakı rolumla bağlı heç bir müzakirə aparılmayıb”, - deyə Mask qeyd edib. Bizim.Media