Ukraynada artıq Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları da səfərbərliyə cəlb ediləcək. Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko məlumat yayıb. "Hakimiyyət Dövlət Fövqəladə Hallar Xidmətinin işçilərini səfərbərliyə cəlb etmək qərarına gəlib. Tamamilə əlaqəsiz bir qərardır!" - deyə Qonçarenko qeyd edib. Bizim.Media