Siyasət

"Dünya yeni və böyük savaş astanasındadır"  Ekspert

"Dünya böyük müharibə mərhələsinə qədəm qoymaqdadır və təəssüf ki, tarixdə hər zaman olduğu kimi, bu dəfə də böyük ölkələrin liderləri bundan qaçmaq üçün özlərində iradə və müdriklik tapa bilmirlər”.   Qaynarinfo xəbər verir ki, bunu "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib. Ekspert bildirib ki  müharibələrin səbəbləri hesab edilən bütün mübahisələr sülh və danışıqlar yolu ilə aradan qaldırıla bilər: ”İstək və iradə olarsa, savaşdan qaçmaq mümkün olar. Bunun üçün də ilk növbədə mübahisə predmeti olan resursları bölüşə bilmək lazımdır. Dəxli yoxdur, istər maddi resurslar olsun, istərsə də siyasi və ya geosiyasi. Bölüşə bilmək isə yalnız böyüklərin bacardığı işdir”.   Ərəstun Oruclunun fikrincə, problem ondadır ki, belə addımlar ata biləcək böyük siyasətçilərin qıtlığı yaranıb: ”Müharibələr də həmişə o zaman baş verir ki, ya əksər ölkələrdə hakimiyyət başında iddialı siyasətçilər olur, ya da kuklalar. Təəsüf ki, bu gün qarşı-qarşıya duranlar arasında hər iki qrupa daxil olanlar var. Amma onların əksəriyyəti həm iddialıdırlar, həm də kukla. Başqa sözlə, iddialı kuklalar. Təəsüf ki, belə də olur və bizlər də bunu aydın görürük”. Siyasət şöbəsi