Siyasət

Kanadalı professor: “Ermənistandakı etirazların arxasında Fransa və ABŞ dayanır” – EKSKLÜZİV

“Hazırda Paşinyan administrasiyası üçün ciddi təhlükə yoxdur. Çünki Ermənistanın Baş naziri parlament çoxluğunu özündə saxlayır”.  Bu fikirləri Bizim.Media-ya açıqlamasında Ermənistandakı etiraz aksiyalarını şərh edən Qafqaz regionu üzrə ekspert, Kanadanın Karleton Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun professoru Robert Katler deyib.  

Professor hesab edir ki, Ermənistandakı ksenofob ideologiyanın arxasında Fransa və ABŞ dayanır: “Onların (etirazçılar) gündəliyi aydındır. Onlar növbədənkənar seçkiləri deyil, birbaşa Paşinyanın istefasını tələb edirlər. Lakin Ermənistanda yaxın perspektivdə hakimiyyət dəyişikliyi mümkün deyil. Buna baxmayaraq, müxalifətin gücü xalqın Paşinyandan narazılığının təsir dairəsindən xəbər verir.  Burada təkcə “Qarabağ klanı” əsas rol oynamır. ABŞ və Fransanın himayədarlıq etdiyi radikal erməni diasporunun da Ermənistan cəmiyyətinə güclü təsiri var. Bu səbəbdən, Paşinyanın regionda sülhün əldə olunmasının faydalarını 2026-cı ildə keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində xalqa göstərə bilməsi vacibdir”, - deyə R.Katler əlavə edib.  Tehran Orucoğlu, Bizim.Media