Siyasət
Ermənistan Azərbaycana sülh sazişi ilə bağlı növbəti layihəni təqdim etdi
Ermənistan Azərbaycana sülh sazişi ilə bağlı növbəti layihəni təqdim edib.
"Report"un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib.
Nazir həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırdığını bildirib: "Danışıqlar prosesinin gedişi, sülh prosesi ətrafındakı danışıqlar, Alma-Ata danışıqları barədə məlumat verdim. Ondan öncə Azərbaycan Ermənistana növbəti saziş layihəsi ilə bağlı redaksiyanı təqdim etmişdi. Onun üzərində Alma-Atada danışıqlar həyata keçirilmişdi. Bir neçə gün bundan öncə Ermənistan tərəfindən sülhlə bağlı növbəti layihəni almışıq".