Avropa İttifaqının sədri kimi 3 prioritetimiz var. İttifaqa uzun illərdir üzv olmaq istəyənləri cəlb etməyi, enerji təhlükəsizliyinin daha da dərinləşdirilməsini və Avropa İttifaqında rəqabətə davamlılığı planlaşdırırıq. Bizim.Media xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib. Nazir bildirib ki, Avropa İttifaqı ölkələrinin iqtisadiyyatını inkişaf etdirmək də əsas prioritetlərdəndir. Bizim.Media