Siyasət

Prezident: “Gün gələcək, dünyanın bütün məsələlərini Türk Dövlətləri Təşkilatı ilə məsləhətləşərək həll edəcəklər"

“Mən əminəm gün gələcək ki, dünyanın bütün məsələlərini Türk Dövlətləri Təşkilatı ilə məsləhətləşmə yolu ilə həll edəcəklər. Yəni, biz ancaq xoş niyyət göstəririk”. Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə deyib. “Hörmətli sədr Numan Kurtulmuşun dediyi kimi, bizim istəyimiz işbirliyidir, əməkdaşlıqdır, dostluqdur. Biz heç kimə qarşı heç bir hərəkət etmirik. Biz heç kim üçün təhdid mənbəyi deyilik və heç vaxt olmayacağıq. Öz haqqımızı tələb edirik, qoruyuruq, bir-birimizi dəstəkləyirik, bir-birimizi qoruyuruq.  Əminəm ki, Şuşa Zirvə görüşü bu istiqamətdə önəmli addım olacaq, orada həm birliyimiz nümayiş etdiriləcək, həm də konkret məsələlər müzakirə olunacaq, - dövlət başçıları, parlament sədrləri, vətəndaş cəmiyyəti, cəmiyyətin bütün təbəqələri birgə səylərlə bir nöqtəyə vurmalıdırlar ki, Türk dünyası güclənsin”, - deyə dövlət başçısı qeyd edib. Bizim.Media