Siyasət

“Rusiya tərəfi Ermənistan-Azərbaycan arasında münasibətlərin nizamlanmasında səylərini davam etdirəcək” - Qaluzin

“Rusiya tərəfi Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasında səylərini davam etdirməyə hazırdır”. Bizim.Media xəbər verir ki,  bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF) çərçivəsində keçirilən Rusiya-Azərbaycan sessiyasında bildirib. “Rusiya regiondakı həmkarlarımız və qonşularımız, yəni Türkiyəni nəzərdə tuturam, bu prosesə bundan sonra da yardım etməyə hazırdır. Biz hansısa vasitəçiliyin tətbiqindən danışmırıq, birbaşa köməyi nəzərdə tuturuq”, - deyə Qaluzin qeyd edib. Bizim.Media