Siyasət

Azərbaycan və Türkiyə arasında miqrasiya ilə bağlı memorandum İMZALANDI - FOTO

Azərbaycan və Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Miqrasiya İdarəsinin rəsmi “X” hesabında məlumat verilib. Məlumata görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və onun türkiyəli həmkarı Atilla Torosun imzaladığı sənəd ilə bilik və təcrübə paylaşması yolu ilə miqrasiya sahəsində qətiyyətli addımlar atılması təmin ediləcək. Bizim.Media