Almaniya hökuməti Ukrayna üçün əlavə 155 mm-lik artilleriya sursatlarının alınması ilə bağlı qərar verib. Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, artıq minlərlə mərminin istehsalı və tədarükü ilə bağlı alman silah şirkəti ilə razılıq əldə olunub: “Təxminən 880 milyon avroluq maliyyə tələbi həm Bundesverin xüsusi fondlarından, həm də müdafiə büdcəsindən qarşılanacaq”. Qeyd edilib ki, bu addım həm döyüş sursatına ciddi ehtiyacı olan Ukraynaya dəstəyin davam etdirilməsinin göstəricisi olacaq, həm də Almaniyanın öz ehtiyatlarının daha da artırılmasına töhfə verəcək. Bizim.Media