Siyasət

Azərbaycanla AIIB arasında ikitərəfli əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO

Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) arasında ikitərəfli əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri nəzərdən keçirilib. Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında məlumat yayıb. "AİİB-in vitse-prezidenti Lyudqer Şuknextlə görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini - Bankın son dövrlərdə həyata keçirdiyi strategiyaları və nəzərdə tutulan tədbirləri, Azərbaycanda fəaliyyət istiqamətlərini, COP29 sahəsində birgə iş və tərəfdaşlıq imkanlarını nəzərdən keçirdik", - deyə nazir qeyd edib. Bizim.Media