“Moskva ilə Kiyev arasında mümkün danışıqlar kiminsə “ixtiraları”na əsasən deyil, indiki reallıqlara - “İstanbul” reallıqları əsasında aparılmalıdır” Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda panel müzakirəsi zamanı bildirib. Putin qeyd edib ki, Ukraynanın icra hakimiyyəti legitimliyini itirib: “Biz bu danışıqlara hazırıq, amma yenə də deyirəm, Minskdə, sonra İstanbulda danışıqlara başlayanda razılaşdığımız şərtlər əsasənda. İstanbuldakı razılaşmaları əsas götürsək də, biz hələ də günün reallıqlarından çıxış etməliyik”.
Bizim.Media