Siyasət

Prezidentin köməkçisi Əminə Ərdoğanı COP29-a hazırlıq işləri barədə məlumatlandırıb - FOTO

Türkiyənin birinci xanımı Əminə Ərdoğanla Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov arasında İstanbulda görüş keçirilib. Bizim.Media xəbər verir ki, bu barədə Əminə Ərdoğan rəsmi "X" hesabında məlumat paylaşıb. Qeyd edilib ki, Anar Ələkbərov Əminə Ərdoğanı Heydər Əliyev Fondunun gördüyü işlər və COP29-a hazırlıq işləri barədə məlumatlandırıb: “Sammitlə bağlı əməkdaşlıq sahələrimizi dəyərləndirdik. Bir daha Azərbaycanın iqlim mövzusunda bütün dünya liderlərini bir araya gətirən bu mühüm zirvə toplantısına ev sahibliyi edəcəyinə görə sevincimizi ifadə etdim. Türkiyə olaraq hər zaman qardaş ölkəmiz Azərbaycanın yanındayıq”. Bizim.Media