“Görüşlərimizdə ikitərəfli və beynəlxalq məsələləri müzakirə etdik”. Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatı zamanı Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi bildirib. Misir Prezidenti deyib ki, Azərbaycan Prezidenti ilə görüşdə Qəzzaya Misirin yardımının artırılmasını, 1967-ci il sərhədində Fələstin dövlətinin qurulmasının vacibliyini müzakirə ediblər: “Azərbaycan Prezidentinə Cənubi Qafqazda sülh səylərini dəstəklədiyimi bildirdim. Bu, region xalqları üçün böyük töhfə olacaq”. Bizim.Media