Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Bizim.Media xəbər verir ki, bu barədə Ərdoğan iyunun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ankarada keçirilən təkbətək görüşü zamanı bildirib. Dövlətimizin başçısı Türkiyə Prezidentini COP29-a bir daha dəvət edib. Prezident Rəcəb Tayyib Ərdoğan dəvəti məmnunluqla qəbul edib. Həmçinin Türk Dövlətləri Təşkilatının və qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha qeyd olunub. Türkiyə Lideri Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirib. Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bizim.Media