Dünya
ABŞ yardımı Ukrayna cəbhəsindəki vəziyyətə necə təsir edib? - Pentaqon açıqladı
Amerika Birləşmiş Ştatlarının yardımı Ukrayna Silahlı Qüvvələrinə rus işğalçı qüvvələrinin Xarkov vilayətində irəliləyişini ləngitməyə imkan verib. Bundan əlavə, müdafiə xəttində möhkəm dayanmağı təmin etməyə kömək edib.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü general Patrik Rayder bildirib. O, rusiyalıların Xarkovda əldə etdikləri irəliləyiş baxımından həqiqətən də yavaşladığını deyib.
Rayder iki əsas nailiyyəti qeyd edib:
- birincisi, ukraynalılar cəbhə xəttini saxlamağa davam edə bilər,
- ikincisi, Amerika yardımı ümumilikdə Ukrayna Silahlı Qüvvələrinə çatmağa başlayıb.
Müdafiə Nazirliyinin nümayəndəsi əlavə edib ki, bu həftə Brüsseldə Ramşteyn formatında Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun növbəti iclası keçiriləcək. İclas iştirakçıları mühüm məsələləri ətraflı müzakirə edəcəklər.
Qeyd edək ki, bu gün cəbhənin ən qaynar istiqaməti Çasovoy Yardan Oçeretinoya qədər olan hissədir. Hərbi ekspert Sergey Qrabski izah edib ki, bütün Donetsk vilayətini ələ keçirmək üçün təcavüzkar ölkə Ukraynanın bu müdafiə qövsünü kəsməlidir. Təxminən 550 minlik rus qoşunlarının ümumi sayının yarısı (270 min nəfər) məhz şərq istiqamətində cəmləşib.
"Onlar Ukraynada 10-12 trilyon dollar dəyərində vacib faydalı qazıntılar üzərində oturublar. Onlar bütün Avropanın ən zəngin ölkəsi ola bilərdilər. Mən o pulu və o aktivləri Çinə vermək istəmirəm. Ukraynaya indi kömək edin. Haçansa arzuladığımız kimi, onlar daha yaxşı iş ortağı ola bilərlər", - amerikalı siyasətçi deyib.
Alpər