"Tarixdə İlham Əliyev o qədər çox iş görüb ki, çətin ki, ondan sonra hansısa prezident bunu təkrarlaya bilsin". Bizim.Media xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə hələ Heydər Əliyevin ölkə başçısı olduğu vaxtlardan münasibətləri qalıb. "Heydər Əliyev çox uzaqgörən insan idi. İlham Əliyev atasının işlərinin layiqli davamçısıdır", - deyə o, vurğulayıb. Bizim.Media