Siyasət
Əli Əsədov rusiyalı həmkarını təbrik etdi
Baş nazir Əli Əsədov Rusiya Günü münasibətilə Rusiya Hökumətinin sədri Mixail Mişustini təbrik edib.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Azərbaycanın Baş naziri Əli Əsədov dövlət bayramı - Rusiya Günü münasibətilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə təbrik məktubu göndərib.
"İki ölkənin xalqlarını birləşdirən çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı anlaşma bağları, dərin mədəni və humanitar ənənələr Azərbaycan-Rusiya qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlığın mütərəqqi inkişafının sarsılmaz təməlidir.
Ölkələr arasında ən geniş istiqamətlər, o cümlədən ticarət-iqtisadi, investisiya, sənaye, nəqliyyat, mədəni-humanitar və bir çox digər sahələrdə konstruktiv ikitərəfli dialoq və səmərəli əməkdaşlıq xüsusi məmnunluq doğurur.
Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlığın bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafeyi naminə davamlı inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminik”, - məktubda bildirilib.