Siyasət

Paşinyan: "ATƏT-in Minsk Qrupu de-fakto fəaliyyətini dayandırıb"

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupu 2022-ci ilin fevralından sonra faktiki olaraq fəaliyyətini dayandırıb.  Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Onun sözlərinə görə, Minsk qrupu Ermənistanın siyasi leksikonunda bir növ ikonadır: "Lakin biz başa düşürük ki, ATƏT-in Minsk Qrupunun üzvləri 2022-ci ilin fevralından sonra bir-biri ilə əlaqə saxlamayıblar". Paşinyan bildirib ki, ATƏT-in Minsk qrupu faktiki olaraq mövcud deyil. Həmçinin iyunun 12-də Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını bəyan edib. O, bunu ittifaqın Ermənistanı müdafiə etməməsi ilə əsaslandırıb. Aydın