Siyasət
COP üçlüyü Bonnda NDC-i müzakirə etdi
Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Braziliyadan olan COP üçlüyü (Troika) Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) dəstəkləmək üçün müzakirələr aparıb.
Qaynarinfo xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Azərbaycan, BƏƏ və Braziliyanın COP üçlüyü, eləcə də UNFCCC, UNDP və UN CAT növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC) dəstəyi müzakirə etmək üçün maraqlı tərəfləri bir araya gətirib. Baş danışıqçı Yalçın Rəfiyev COP29-un qlobal əməkdaşlığa və 1,5 dərəcə məqsədinə uyğun olaraq NDC-in təşviqinə sadiqliyini vurğulayıb”, - paylaşımda qeyd edilib.