Dünya

Putin Ukrayna ilə müharibəni bitirmək üçün ağlasığmaz şərtlərini açıqladı

Kreml rəhbəri Putin bildirib ki, Ukrayna Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini tamamilə tərk edərsə, Rusiya atəşi dayandıracaq və danışıqlara başlayacaq. Qaynarinfo xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşdə onun şərtinə görə, Ukrayna öz qoşunlarını bu regionların bütün ərazisindən tamamilə çıxarmalı, həmçinin Şimali Atlantika Alyansına (NATO) üzvlükdən imtina etməlidir. "Kiyev hazır olduğunu bəyan edib qoşunların həqiqi çıxarılmasına başladığını, həmçinin NATO-ya qoşulmaqdan imtina etdiyini bəyan edən kimi, biz dərhal atəşkəs elan edəcəyik və Ukrayna birliklərinin və birləşmələrinin təhlükəsiz çıxarılmasına zəmanət verəcəyik. Bizim mövqemiz Ukraynanın neytral, bloklara qoşulmamaq və nüvəsiz statusudur, onun demilitarizasiyası və denazifikasiyasıdır”, - Putin bildirib. O, əmin edib ki, söhbət müharibənin dondurulmasından yox, onun tam bitməsindən gedir. Eyni zamanda, Kreml hökmdarı beynəlxalq müqavilələrdə Krım, Sevastopol, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin "Rusiya Federasiyasının regionları” statusunun qeyd edilməsini tələb edir. "Sülh yolu ilə həll üçün əsas razılaşmalar beynəlxalq müqavilələrdə təsbit edilməlidir. Təbii ki, Rusiyaya qarşı sanksiyaların da ləğvi buraya daxildir. Biz tarixin faciəli səhifəsini çevirməyə, Ukrayna və Avropa ilə münasibətləri tədricən bərpa etməyə çağırırıq”, - Putin əlavə edib. Alpər