Dünya
ABŞ-Ukrayna təhlükəsizlik sazişinin əvvəlkilərdən fərqi nədir?
Ukrayna və ABŞ arasında ikitərəfli təhlükəsizlik sazişi hüquqi mexanizmdən ibarətdir, bu, da Ukraynanın imzaladığı təhlükəsizlik zəmanətləri ilə bağlı bütün əvvəlki sənədlərdən fərqlənir.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin rəhbərinin müavini İqor Jovkva "Yevropeyska pravda"ya şərhində bildirib.
Onun sözlərinə görə, saziş ən azı iki ABŞ prezidentinin dövründə qüvvədə qalacaq.
"Razılaşma prezidentin adından asılı olmayaraq, ABŞ administrasiyası tərəfindən həyata keçiriləcəyini nəzərdə tutur”, - Jovkva bildirib.
ABŞ-la imzalan saziş BMT-də qeydiyyatı nəzərdə tutan ilk sazişdir.
"İndiyədək Ukraynanın tərəfdaşlarla imzaladığı bütün digər sazişlər yalnız siyasi müstəvidə məcburi xarakter daşıyırdı. Ona görə də ABŞ-la razılaşma hüquqi baxımdan daha güclü olacaq”, - deyə o, izah edib.
Sazişlə bağlı qərar ABŞ Konqresində qəbul ediləcək. Bu, rəsmi olaraq ratifikasiya olmayacaq, çünki sənədin buna ehtiyacı yoxdur, lakin o, Konqresdən dəstək alacaq, Jovkva əlavə edib.
Xatırladaq ki, iyunun 13-də Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ prezidenti Co Bayden təhlükəsizlik zəmanətləri haqqında 10 illik saziş imzalayıblar. Zelenski bildirib ki, bu, Birləşmiş Ştatlar və Ukrayna arasında müstəqillik əldə etdikdən sonra ən güclü razılaşmadır.
Nizami Bağırov