Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G7 ölkələrinin sammitində ədalətli və real yanaşma nümayiş olunacağına ümid etdiyini bildirib. Bizim.Media xəbər verir ki, bu barədə Ərdoğanın rəsmi “X” hesabında paylaşım edilib. “Ümid edirəm ki, bu gün İtaliyada keçirilən G7 liderlərinin sammiti faydalı olacaq. Vurğulamaq istərdim ki, biz G7-dən qlobal problemlərin və regional münaqişələrin həllinə daha ədalətli, hərtərəfli və real yanaşma gözləyirik”, - paylaşımda qeyd edilib. Bizim.Media