Dünya

Ukraynanın Sülh Sammitindəki yekun sənədi 91 ölkədən 80-i DƏSTƏKLƏDİ

İsveçrədə keçirilən Ukrayna üzrə beynəlxalq sülh sammitinin yekun sənədini forumda iştirak edən 91 ölkədən 80-i dəstəkləyib. Bizim.Media TASS-a istinadən xəbər verir ki, sənədi təsdiq edən ölkələrin siyahısı iclasın təşkilatçıları tərəfindən dərc edilib. Həmin ölkələr arasında Braziliya, Hindistan və Səudiyyə Ərəbistanı, Vatikan yer alıb. İsveçrə, Türkiyə, Aİ ölkələri və ABŞ isə Sülh Sammitinin yekun bəyanatını dəstəkləyənlər arasında yer alıb. Bizim.Media