Siyasət

Blinken müsəlmanları təbrik etdi

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Qurban bayramı münasibəti ilə dünya müsəlmanlarını təbrik edib. Bizim.Media xəbər verir ki, təbrikdə deyilir: “Bu il Qurban bayramı bir çox müsəlmanın dərin ağrılar yaşadığı bir vaxta təsadüf edir. Düşüncələrimiz təqib və münaqişənin fəsadları ilə üzləşənlər, o cümlədən nifrətdən qaynaqlanan zorakılıq və islamofobiyanın digər formalarının artmasını hiss edənlərin yanındadır. ABŞ müsəlman amerikalıların və çoxsaylı müsəlman icmaların daha yaxşı bir dünya qurulmasına verdiyi töhfələrdən xəbərdardır”. Bizim.Media