“Krım körpüsü artıq hərbi məqsədlər üçün istifadə olunmadığından onun partladılması ciddi nəticələr doğurmayacaq”. Bizim.Media “Unian“a istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi Dmitri Pletençuk deyib. O, əlavə edib ki, körpü Milli Təhlükəsizlik Xidməti və Hərbi Dəniz Qüvvələrinin birgə əməliyyatı nəticəsində bilərəkdən yararsız hala salınıb. Bizim.Media