Siyasət

Putin Rusiyanın Azərbaycandakı səfirini Nevski ordeni ilə təltif edib

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Azərbaycandakı səfiri Mixail Evdokimovu Aleksandr Nevski ordeni ilə təltif edib. Bizim.Media xəbər verir ki, bununla bağlı Putin sərəncam imzalayıb. “Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsində böyük xidmətlərinə və uzun illər vicdanlı diplomatik xidmətinə görə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail İvanoviç Evdokimov Aleksandr Nevski ordeni ilə təltif edilsin”, - sərəncamda qeyd edilib. Bizim.Media