Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsi ərazisindən keçən hissəsində batan şəxsin kimliyi məlum olub. Yerli sakinlərin Bizim.Media-ya verdiyi məlumata görə, bu, 25 yaşlı Babayev Rəhim Qurban oğludur. Hazırda FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu