Dünya

Türkiyə XİN: NATO-nun terrora qarşı mübarizədə ciddi addımlar atmasını gözləyirik

“Türkiyə illərdir terrora qarşı mübarizə aparır. Biz müttəfiqlərimizdən də verilən sözlərin üstündə qalmasını gözləyirik”. Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Varşavada Rumıniya və Polşadan olan həmkarları ilə birlikdə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib. H.Fidan, həmçinin qeyd edib ki, Türkiyə tərəfi NATO-nun terrora qarşı mübarizədə ciddi addımlar atmasını gözləyir. Bizim.Media