Siyasət
Sabir Rüstəmxanlı hansı dairədən namizəd olacaq?
Vətəndaş Həmrəyliyi Partiyası seçki ilə bağlı qərarını açıqlayb.
Partiyadan Qaynarinfo-ya verilən məlumat görə, bu gün Siyasi Şurasının iclası keçirilib. Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, növbədənkənar seçkilər müzakirə edilib.
Partiyanın sədri, millət vəkili Sabir Rüstəmxanlı ölkədə və bölgədəki siyasi durum, seçkilərin növbədənkənar keçirilməsini zəruri edən amillər haqda çıxış edib.
Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli seçki hazıqlıları, təşkilati və texniki məsələlır barədə məlumat verib. Daha sonra qarşıdan gələn seçkiləri haqda müzakirə aparılıb.
Partiyanın seçkidə iştirakına qərar verilib. Partiyadan Sabir Rüstəmxanlının da seçkidə iştirak edəcəyini bildiriblər:
"Sabir bəyin və digər partiya üzvlərinin hansı dairədən namizəd olacağı gələn həftə açıqlanacaq".
Bahar Rüstəmli