“Avropa İttifaqına tam üzv olmaq, mütəmadi olaraq vurğuladığımız kimi, bizim strateji məqsədimizdir. Aİ-nin Türkiyəyə oxşar mövqelərdən yanaşması bizim ümumi maraqlarımıza uyğundur”. Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Estoniya prezidenti Alar Karislə keçirdiyi mətbuat konfransında bildirib. “Əminəm ki, Estoniyanın bu kontekstdə Türkiyəyə dəstəyi bundan sonra da artacaq. Bu gözləntilərimi cənab Karisə də çatdırdım”, - deyə Ərdoğan qeyd edib. Bizim.Media