“Ötən gün nəhayət ki, əməliyyat olundum. Üzərimdə beyin pili əməliyyatı icra olundu. Şükürlər olsun ki, özümü daha yaxşı hiss edirəm”. Bu sözləri 65 yaşlı aktryor Allahverdi Yolçuyev Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 6 ilə yaxındır ki, parkinson xəstəliyindən əziyyət çəkən sənətkar bildirib ki, xəstəxanada müalicəsi davam edir: “Bu, çox bahalı, eyni zamanda ağır əməliyyatdır. 10-15 gündən sonra mənə sözügedən pili (kardiostimulyator – red.) yerləşdirəcəklər. Bundan sonra əlimin əsməsi dayanmalıdır”. Rəşad Əliyev, Bizim.Media