Siyasət

ABŞ Azərbaycanı NATO sammitinə dəvət etdi

Azərbaycan NATO-nun xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçiriləcək sammitinə dəvət olunub.  Qaynarinfo xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib.  O vurğulayıb ki, ABŞ Dövlət katibi Antoni Blinken bu tədbiri Azərbaycan və Ermənistan daxil olmaqla, Şimali Atlantika Alyansının bütün tərəfdaş ölkələri üçün təşkil edir:  "Hər iki ölkənin iştirakını gözləyirəm. Tədbirdə ümumilikdə 30 tərəfdaş ölkə iştirak edəcək”.