Texnologiya

Bill Qeyts: Süni intellektin inkişafı elektrik istehlakını kompensasiya edəcək

Londonda keçirilən "Breakthrough Energy" Sammitində milyarder, xeyriyyəçi və "Microsoft" IT korporasiyasının qurucusu Bill Qeyts süni intellekti (AI) müdafiə edub. O, ən böyük neyron şəbəkə sistemlərini idarə edən məlumat mərkəzlərinin yüksək enerji istehlakı ilə bağlı narahatlıqlardan danışaraq bildirib ki, AI-nin ətraf mühitə vurma potensialı şişirdilir. Onun sözlərinə görə, gələcəkdə süni intellektin daha da inkişafı indiki yüksək elektrik istehlakını kompensasiya edəcək.  Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb. Nüvə reaktorlarını inkişaf etdirən "TerraPower" şirkəti də daxil olmaqla enerji sektoruna verdiyi töhfələrlə tanınan Qeyts süni innovasiyanın elektrik enerjisinə artan tələbatı üstələyə biləcəyini vurğulayıb. Bununla belə, o etiraf edib ki, "Microsoft" şəxsi məlumat mərkəzlərinin genişləndirilməsi səbəbindən istixana qazı emissiyalarını artırmaq problemi ilə üzləşir. Süni intellekt texnologiyalarının ətraf mühitə bəzi mənfi təsirləri olsa da, Qeyts texnologiya şirkətlərini təmiz enerjinin təşviqindəki roluna görə tərifləyib. Onun fikrincə, bu investisiyalar təkcə bərpa olunan enerji mənbələrinin artımını dəstəkləmir, həm də yer atmosferinə CO2 emissiyalarının azaldılması üzrə qlobal səylərə uyğundur. Aydın