"Bavariya" yeni futbolçu transfer edib. Bizim.Media xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Münhen təmsilçisi "Qreyter Furt"un hücumçusu Armindo Sibi alıb. Klub artıq onu icarəyə verib. 21 yaşlı almaniyalı futbolçu qarşıdakı 2 mövsümü icarə əsasında "Maynts"da keçirəcək. Qeyd edək ki, Sib “Bavariya”nın yetirməsidir. Son iki ildə o, "Qreuther Furth"də çıxış edib, 66 oyun keçirib və 17 qol vurub. Bizim.Media