İyulun 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusa səfər edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Minsk şəhərində bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 80-ci ildönümü və Müstəqillik Günü ilə əlaqədar keçiriləcək hərbi paradda, həmçinin Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirakı planlaşdırılır. Müdafiə nazirinin səfəri iyulun 3-dək davam edəcək. Bizim.Media